Şəfəqə Doğru » Manşet » Bərdəlilər Zahid Orucun müdafiəsinə qalxdı

Bərdəlilər Zahid Orucun müdafiəsinə qalxdı

Bərdəlilər Zahid Orucun müdafiəsinə qalxdı
Rayon camaatı spikerin deputata qarşı hərəkətlərinə etiraz aksiyalarıyla cavab vermək istəyirlər 

Parlamentin sonuncu iclasında yaşanan qalmaqal artıq Bərdəyə gəlib çatıb. Spiker Oqtay Əsədovun deputat Zahid Orucu sərt tənqid etməsi və onu «səviyyəsiz» adlandırması ortalığı qarışdırıb. 
Shafaqadogru.com Politika.az-a istinadən xəbər verir ki, spikerin deputatın sözünü kəsərək, onu «səviyyəsizlikdə» ittiham etməsi Bərdə camaatının ürəyincə olmayıb. "Onlar düşünürlər ki, belə bir addımın atılması 200 min əhalisi olan Bərdə üçün təhqirdir”. 
Saytın camaata istinadən yazdığına görə, onların Zahid Oruca səs vermələrinə səbəb parlamentdə camaatın dərdini qaldırmasıdır. "Onlar Bərdə və bərdəlilərin səsinin Milli Məclisdə kəsilməsi, heç də yaxşı hal kimi qiymətləndirilməyiblər. Camaatın məntiqinə görə, spiker bununla təkcə Zahid Orucu deyil, onun timsalında bütün bərdəlilər təhqir edib. Bu səbəbdən də deputatlarını qorumaq üçün bəzi addımlar atmağa hazırlaşırlar”.
Politika.Az yazır ki, həmin addımlardan biri spikeri məhkəməyə verməkdən ibarətdir. "Bununla paralel olaraq Prezidentə müraciət ediləcək. Əgər ciddi zərurət yaranarsa, parlamentin binası qarşısında etiraz aksiyaları təşkil olunacaq».