Şəfəqə Doğru » Manşet » Türkiyə Qərbə göstərdi ki, məhz Rusiya…

Türkiyə Qərbə göstərdi ki, məhz Rusiya…

Türkiyə Qərbə göstərdi ki, məhz Rusiya…
Region ölkələri Moskva və Ankara arasındakı yaxınlaşmanı öz proseslərində hiss edə biləcəklər.

 

Shafaqadogru.com xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloq Türkiyə-Rusiya münasibətlərinin əvvəlki nizama qayıdacağını deyib:

 

"Barışıq üçün zəmin hazır idi, hətta Ankara bu addımı bir qədər ləng atdı. Sirr deyil ki, hər iki ölkənin lideri gərginlik zolağı başladıqda bir qədər dözümlülük göstərirdi ki, qarşı tərəfi birinci addım atmağa vadar etsin.  Moskvanın təxminləri özünü doğrultdu. Lakin bu məsələdə Ankaranın Qərblə münasibətlərindəki gərginlik də rol oynadı. Brüssel və Berlin, hətta başqa paytaxtlar da Türkiyəni tənbeh etməyə cəhdlər göstərib, ona bir növ qırmızı vərəqə göstərə biləcəklərini işarə etdilər. Türkiyə isə Qərbə anlatdı ki, alternativ variant mövcuddur və məhz Moskva ilə münasibətləri bərpa etmək onun geosiyasi meydandakı geriləməsinin qarşısını alacaq”.

 

T.Abbasovun sözlərinə görə, Ankara ilk növbədə rusiyalıların kurort mövsümündə əsas dalğasını özünə tərəf yönəltməyə çalışacaq:

 

"Digər tərəfdən iri infrastruktur və investisiya layihələrinin işlənməsinə təkan veriləcək. Bu, hər iki tərəfin maraqlarına uyğundur. Eləcə də bölgə dövlətləri bu yaxınlaşmadan rasional pay götürə biləcəklər. Çünki iki iri dövlətə həm Avrasiya məkanında, həm də qlobal meydanda proseslərin tənzimlənməsinə pay verirlər. İki ölkə arasındakı normallaşma ümumi gərginliyin azalmasına, dondurulmuş münaqişlərin həlli prosesinə öz müsbət təsirini göstərəcək”.

 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün rusiyalı həmkarına məktub yazaraq, Su-24 hadisəsinə görə təəssüfləndiyini, iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün heç vaxt diplomatik kanalları bağlamadığını bildirib.