Şəfəqə Doğru » Mədəniyyət » Azərbaycanda işləyib həm də pensiya alanlar - Ən yeni STATİSTİKA

Azərbaycanda işləyib həm də pensiya alanlar - Ən yeni STATİSTİKA

Azərbaycanda işləyib həm də pensiya alanlar - Ən yeni STATİSTİKA
Hazırda Azərbaycandakı pensiyaçıların sayı cəmi 1 299 946 nəfərdir. Onlardan işləyən pensiyaçıların sayı 137 220 nəfər, işləməyən pensiyaçıların sayı isə 1162726 nəfərdir. Bu haqda Dövlət Statistika Komitəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib. Məlumatda qeyd edilib ki, yaşa görə təqaüd alanların sayı 781 238 nəfərdir. Onlardan 137220 nəfəri işləyir, 1 162 726 nəfəri isə işləmir. Əlilliyə görə təqaüd alanlar cəmi 374466 nəfər təşkil edir ki, onlardan da 29384 nəfəri işləyir, 345082 nəfəri isə işləmir. Ailə başçısını itirməyə görə təqaüd alan 144242 nəfərdən 604-ü çalışır,143638 nəfəri isə heç yerdə çalışmır.