Şəfəqə Doğru » Mədəniyyət » “... Ləbin susuzuyam” - Xumar Qədimova

“... Ləbin susuzuyam” - Xumar Qədimova

“... Ləbin susuzuyam” - Xumar Qədimova

Azərbaycan estradasının bənzərsiz Xumarı yeni iki nəğməsini təqdim edib.

Shaqfaqadogru.com  xəbər verir ki, Xumar Qədimova bu dəfə Ququşun mahnılarından birini Azərbaycan dilində oxuyub.

Mahnının sözləri bayatılarımızdan ibarətdir. Lirik nəğmə "Mən ləbin susuzuyam, neyləsin çaylar mənə” adlanır.

"Çox yaxın dostlarım var, onlar həmin mahnını çox sevirlər. Mənə dedilər ki, repertuarına salmalısan, mən də oxudum. Onu da qeyd edim ki, nəğməni Kamandar İbrahimov da oxuyub”- deyə sevilən müğənni bildirib.

Xumar Qədimova ikinci yeni mahnısı barədə də açıqlama verib:

""Bədənimsən” mahnımı bir neçə gün əvvəl təqdim etdim. Mahnının adı belə deyil, sadəcə media bu cür yayımladı, canları sağ olsun. "Ürəyim” adlı mahnının sözləri Nəriman Həsənzadənindir.

"Göz doymur dünyadan, bu tamaşadan, bir yerdə vursaydıq ömru başatan. Ey mənim sinəmdə məni yaşadan, ey mənim əlimdən ölən ürəyim” Mahnının sözləri çox maraqlıdır”.