Şəfəqə Doğru » Mədəniyyət » Gədələrin dizi üstə oturan bu aktrisalar... - Zülfiyyə

Gədələrin dizi üstə oturan bu aktrisalar... - Zülfiyyə

Gədələrin dizi üstə oturan bu aktrisalar... - Zülfiyyə
İnşallah, bir gün kamera arxasında gədələrin dizləri üstündə oturmaqdan onun–bunun dizini yara edən aktrisalar efirə çıxanda həyadan qızarmış abır dağarcığı kimi özlərini göstərməzlər.

Shafaqadogru.comTeleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri tanınmış aktrisa Zülfiyyə Qurbanova deyib. O, aktrisaların qüsurlarını deməkdən çəkinməyib:

"İnşallah, bir gün 30 yaşa yaxın aktrisalar efirdə ciyildəyə-ciyildəyə uşaq kimi danışmazlar. Elə bil ağızlarında bircə əmzik çatışmır. Bir gün seriallara, filmlərə aktrisaları şəxsi marağa görə yox, peşəkar işə və görüntüyə görə seçərlər. İnşallah bir gün efirdə qliserinlə ağlamazlar və utana-utana "özüm ağlayıram” deməzlər. İnşallah, bir gün kamera arxasında gədələrin dizləri üstündə oturmaqdan, onun–bunun dizini yara edən aktrisalar efirə çıxanda həyadan qızarmış abır dağarcığı kimi özlərini göstərməzlər. İnşallah, bir gün aktrisaları tapşırıqla şəxsi marağa görə seçməzlər. İnşallah, bir gün hələ çox şey olar... ümid edirəm”.