Şəfəqə Doğru » Mədəniyyət » Acundan azərbaycanlı çobana möhtəşəm jest (VİDEO)

Acundan azərbaycanlı çobana möhtəşəm jest (VİDEO)

Acundan azərbaycanlı çobana möhtəşəm jest (VİDEO)
Türkiyənin TV8 kanalında yayımlanan "O ses Türkiye" yarışmasında maraqlı hadisə yaşanıb.

Shafaqadogru.com xəbər verir ki, az öncə yayımlanan bölümdə iştirak edən və bir müddət öncə Azərbaycan mediasının tirajlamasından sonra səsi ilə hamını valeh edən və Neftçaladan olan çoban Pərvin Səfərov müsabiqə münsiflərinin rəğbətini qazana bilib. Belə ki, dörd münsifdən üçü Pərvini komandasında görmək istəyib.
Oxuduğu mahnıdan sonra öz həyatından bəhs edən Pərvin İstanbulda olmağın həmişə xəyalı olduğunu deyib. Proqramın aparıcısı tanınmış televiziyaçı Acun İlıcalı Pərvin üçün İstanbul gəzintisi təşkil etməyi əməkdaşlarına tapşırıb.
Acunun bu addımı zalda müsabiqəni izləyən tamaşaçılar tərəfindən də alqışla qarşılanıb.