Şəfəqə Doğru » Mədəniyyət » Əri Şövkət Ələkbərovanın əli ilə ölüb? - Axar TV

Əri Şövkət Ələkbərovanın əli ilə ölüb? - Axar TV

Əri Şövkət Ələkbərovanın əli ilə ölüb? - Axar TV

Bir çoxları bu ifanı, bu səsi təkcə Azərbaycanın deyil, bütövlükdə dünya musiqi sənətinin incilərindən biri hesab edir. Şövkət Ələkbərovanın ifası bütün SSRİ məkanında heyrət və maraqla qarşılanırdı.

1922-ci il oktyabrın 20-də Bakıda anadan olan Şövkət xanım Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinifini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb.

O, hələ yeniyetmə yaşlarında nəhəng sənətkarların sınağından keçir. 1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb edir və Fatma Mehrəliyeva, Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olur. Bununla da Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsası qoyulur.

1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları böyük məşhurluq qazanır. 1959-cu ildə isə o, xalq artisti adına layiq görülür.

Daha ətraflı Axar TV-nin təqdimatında...