Şəfəqə Doğru » Mədəniyyət » Ölume oz ayagi ile geden nazirimiz – Foto

Ölume oz ayagi ile geden nazirimiz – Foto

Ölume oz ayagi ile geden nazirimiz – Foto
Bu gün mərhum energetika naziri Natiq Əliyevin 70 yaşı tamam olur.
O, 1947-ci il noyabrın 23-ü Bakıda anadan olub. 1965-ci ildə orta təhsilini bitirən Natiq Əliyev, həmin ildən 1970-ci ilə qədər Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda dağ geoloqu ixtisası üzrə təhsil alıb. O, Azərbaycan, ingilis və rus dillərində danışmağı bacarırdı. Media nümayəndələrinin gülərüz, sadə və alicənab kimi tanıdığı Natiq Əliyev 2013-cü ildən ömrünün son gününə qədər Energetika naziri vəzifəsində çalışıb.
O, vəzifədə olarkən vəfat edən yeganə nazirimizdir.
Bu il iyunun 3-ü Mərkəzi Neftçilər Xəstəxanasına gedən nazirimizin 2 gün sonra ölüm xəbəri yayıldı. Belə ki, müayinə zamanı onun ürəyi dayanmış, təxminən 3 dəqiqədən sonra ürəyinin fəaliyyəti bərpa edilmiş və ürək damarlarına 4 stend qoyulmuşdu. İyunun 5-də isə o, müalicə üçün Türkiyəyə göndərildi və həmin gün orada dünyasını dəyişdi.
Natiq Əliyev iki övlad, iki nəvə sahibi idi.
Kult.az mərhum nazir Natiq Əliyevin maraqlı fotolarını təqdim edir: