Şəfəqə Doğru » Mədəniyyət » Məleykə Ramiz Məlikdən əl çəkmir: "Dizin-dizin sürünüb üzr istəməlisən"

Məleykə Ramiz Məlikdən əl çəkmir: "Dizin-dizin sürünüb üzr istəməlisən"

Məleykə Ramiz Məlikdən əl çəkmir: "Dizin-dizin sürünüb üzr istəməlisən"

"Məleykə xanım deyir ki, Ramiz Məlikov dizin-dizin sürünüb, atamın, anamın qəbrinin üstünə gəlib üzr istəməlidir. Çünki o KİV-də açıq-aydın açıqlama verərək bildirib ki, sənin ananı da atan fahişəlik üstündə boşayıb".

Shafaqadogru.com  xəbər verir ki, bu sözləri Sputnik.az-a xalq artisti Məleykə Əsədovanın vəkili Tağı Hüseynov deyib. O vurğulayıb ki, sabah tərəflərin növbəti məhkəmə prosesi keçiriləcək.

Hüseynovun sözlərinə görə, əgər Ramiz Məlik dizin-dizin sürünüb aktrisadan üzr istəməsə, məhkəmə prosesləri hələ uzun müddət davam edəcək.

Xatırladaq ki, Azərbaycan Dövlət Dram Teatrının aparıcı aktyorları arasına düşən nifaq alması Məleykə Əsədovanın şortu, daha doğrusu zahiri görkəmi olub. Məlik aktrisanın ünvanına tənqid yağdıraraq bildirib ki, xalq artisti adını daşıyan şəxs sosial şəbəkələrə açıq-saçıq, eləcə də mini-şortikdə çıxmamalıdır. Onun sözləri Əsədovanı özündən çıxarıb və o, Ramiz Məliki məhkəməyə vermək qərarına gəlib.

Əsədova Məlikdən, şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.