NAVİQASİYA

» » Dəmir bankın əməkdaşları Qazaxda reketlik edir
Dəmir bankın əməkdaşları Qazaxda reketlik edir
- Дата: 10-mar-2016, 17:05 - Bölmə: Gündəm / Manşet - Baxış sayı: 3 290


  Dünən Qazax rayonunun Daş Salahlı kəndində ilginc hadisə baş verib. Beləki əlli beş yaşlı Daş Salahlı kənd sakini müəllimə A.Əliyeva başına gələnləri redaksiyamıza belə ərz edib.

09.03.2016 tarixində axşam saat 17-00 radələrində üç nəfər gənc yaşadığı evə girərək ,özlərini  təqdim etmədən, rekertlərə məxsus bir tərzdə ,oğlunuz bankdan kredit  götürüb, niyə ödəmir?  deyərək,qadını qorxutmağa çalışıblar.A.Əliyeva, ay oğlum əvvəlcə bir özünüzü təqdim edin və sonra qarşınızda əlli beş yaşlı bir qadın durur,bir mədəniyyətiniz olsun desədə ,gənclər tezliklə borclarınızı ödəməsəniz başınıza oyun açacağıq və daha sonra içlərindən biri qapıdan çıxarkən   nalayiq söyüş işlətmiş və A.Əliyeva söyüşü eşidərək, nə dedin bəri qayıt dedikdə,digəri  onu sığortalamaq üçün ”Xala səninlə deyil mənə dedi "deyərək ,90 AM 251 dövlət nişanlı qara CEP-ə minib qaçıblar.Görünür səhvlərini tez anlayıblar.A.Əliyeva maşının arxa nömrəsini  yadında saxlaya bilib və Daş Salahlı kənd polis bölməsinə şikayət etmişdir.

   Polis əməkdaşları aftomobilin nömrəsi ilə sahibini aşkarlamış ,və həmin gənclər polisə gələrək,özlərini Dəmir bank manitorinq  təhlili departamentinin əməkdaşları olduğunu söyləmişlər.Hələlik istintaq davam edir.A.Əliyevaya qarşı nalayiq ifadə işlədən əməkdaşın ismi Kazımov Emil Əli oğlu olduğu aydinlaşdırılmışdır.Və onunla gələn özünü rekert kimi aparan Səmədzadə Ayaz Rakif oğlu onun bu hərəkətinin çox kobud olduğunu anlayıb özünə gələrək,xala  mənə dedi deyərək ,öz boynuna götürmüşdür.Lakin ,ox artıq yaydan çıxdığnı anlayaraq,maşına minib qaçmışlar.Polis idarəsində isə elədiklərini və dediklərini boyunlarına almayaraq,bizə sübut etsin.  Onun  yanında şahidi varmı o,tək biz isə üç nəfərik .Demək bunlar getdikləri  hər  yerdə şahid  olmadıqda hər kəsə qarşı belə davranırlar.

 Hələlik öyrənə bildiyimiz həmin gənclər özlərinin dediklərinə görə,  Bakıdan Dəmir bankın manitorinq təhlili deportamentindən ezamiyyə olunmublar və görünür bu yolla banka kredit borcu ollanları qorxudaraq,bankın borclarını ödətməyə nail olacaqlarını düşünürlər.

  Amma ölkəmizdə isə ,hələ  qanunların işlədiyini və vətəndaşların hüquqlarının  qorunduğunu unudurlar.    

  Düşünürük ki, Dəmir bankın rəhbərliyi ezam etdiyi əməkdaşlarının bu hərəkətlərini təqdir etməyəcəkdir.Əksinə,layiqli bir tədbir görəcəkdir .A.Əliyeva isə, şikayətində israrlıdır və hüquqlarının bərpasının məhkəmə yolu ilə həll ediləcəyinə ümid edir.

  Redaksiyamızın araşdırmaları davam edir.

Qarşı tərəfində fikrini dərc etməyə hazırıq.

 


                                                              Vüsalə 


Oxşar xəbərlər