Şəfəqə Doğru » Manşet » Deputat: "Hər kəs baha qiymətə satılan məktəbli formasını ala bilmir"

Deputat: "Hər kəs baha qiymətə satılan məktəbli formasını ala bilmir"

Deputat: "Hər kəs baha qiymətə satılan məktəbli formasını ala bilmir"

"Vahid məktəbli forması çox yaxşı strategiyadır. Ancaq bunun dövlət tərəfindən qarşılanması daha üstündür".

Shafaqadogru.com  xəbər verir ki, bunu Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

“Əgər bu seçim vətəndaşın öhdəliyində olsaydı, onda gərək onların yaşam səviyyəsi də eyni olmalı idi. Çünki birinin imkanı varsa, digərinin yoxdur. Ona görə də baha qiymətə satılan formanı ala bilmir. Burada vahid standartın tətbiq olunması təbii ki, doğru deyil. Bunun əvəzinə necə geyinmək lazım olduğu haqda azı 10 alternativ təklif vermək olardı. Biz məktəbli formasına baxıb dərs keçmirik. Sadəcə məqsəd uşaqların bir-birindən fərqlənmədən sadə geyinməsi və ən əsası bilik əldə etməsidir. Şagirdin məktəbdə hansı formanı geyinməsini heç kəs tələb edə bilməz. İmkanı olmayan valideyn hər hansı bir şəkildə evdə nəyə gücü çatırsa, düzəldib ədəbli, əxlaq qaydalarına uyğun, ağ-qara, yaxud göy rəngli geyimdə uşaqları məktəbə göndərə bilərlər. Testdə kimin yaxşı və ya pis geyindiyi soruşulmur”, - millət vəkili bildirib.