Şəfəqə Doğru » Manşet » Ata oğlunu dərslərini hazırlamadığına görə diri-diri yandırdı...

Ata oğlunu dərslərini hazırlamadığına görə diri-diri yandırdı...

Ata oğlunu dərslərini hazırlamadığına görə diri-diri yandırdı...
"Mən onu, sadəcə, qorxutmaq istəyirdim, fiziki xətər yetirməyi düşünmürdüm..."
 
Uşaqların məktəb davamiyyəti bir çox valideynlər üçün başağrısına çevrilir. 
 
Budur, Nazir Xan öz oğlu Şahirin təhsilinə necə qısqanc yanaşıbsa, bu, faciə ilə nəticələnib.
 
Shafaqadogru.com  xəbər verir ki, bu barədə "120.su" saytı yazıb.
 
Pakistanın Karaçi şəhər sakinini 12 yaşlı oğlunun davranışı çox qəzəbləndirib.
 
O, dərslərini hazırlamaq əvəzinə küçəyə çıxıb oynamaq istəyib.
 
Oğluna məktəb proqramından bir neçə suallar verən ata qaneedici cavab almayıb. 
 
Bundan sonra o, tənbəl məktəblini qorxutmaq qərarına gəlib.
 
Nazir uşağın üzərinə kerosin tökərək, kibrit yandırıb.
 
O, güman edib ki, keçirdiyi dəhşət Şahir üçün yaxşı cəza olacaq.
 
Lakin kibrit təsadüfən uşağın üstünə düşərək, yanğın törədib.
 
Oğlunun qışqırığına anası Şaziyə gəlib. Əri ilə birgə onlar yanğını söndürüb, bundan sonra uşağı xəstəxanaya çatdırıblar. 
 
Təəssüf ki, onun həyatını xilas etmək mümkün olmayıb və o, iki gündən sonra vəfat edib.
 
Şaziyə bir neçə gün oğluna yas saxlayıb, sonra ərindən polisə şikayət ərizəsi yazıb, Nazir həbs edilib.
 
İndi o, məhkəməni gözləyir.
 
Kişi öz günahını etiraf edib, lakin iddia edir ki, oğluna fiziki zərər vurmaq haqqında düşünməyib, sadəcə, onu qorxutmaq istəyib.