Şəfəqə Doğru » Manşet » Qazaxda sakinlər “AZPetrol” yanacaq doldurma məntəqəsindən narazıdırlar

Qazaxda sakinlər “AZPetrol” yanacaq doldurma məntəqəsindən narazıdırlar

Qazaxda   sakinlər  “AZPetrol” yanacaq doldurma məntəqəsindən   narazıdırlar

Qazax rayonunda dizel mühərikli minik aftomibil sahibləri dizel yanacağı üçün hər gün şəhərdə yeganə “AZPetrol” yanacaq məntəqəsinə gəlir və boş qayıdırlar. Adı çəkilən məntəqə şəhərin çıxışında , Bakı –Tbilisi tranzit yolunun  kənarında yerləşdiyindən  tranzit  yük maşınları, yəni bilinən adıyla TIR-lar da yanacaq ehtiyatlarını buradan təmin edirlər, Bu səbəbdən də, yerli  sakinlərin avtomobillərinə yanacaq ala bilmələri  mümkünsüz hala gəlib. Çünki, TIR-ların hər biri  1  və ya 1.5 ton tutumunda yanacaq çəni doldururlar. Saatlarla vaxt itirən yerli sakinlərin çoxu məcburən digər məntəqələrdən yararlanmalı olurlar ki, onun da  dizel  mühərrikli  aftomobillər üçün zərərli olması haqqında  iddalar səsləndirilir. Bölgədə fəaliyyət  göstərən əksər  avtomobil təmirxanalarında ustalar digər yanacaq  doldurma məntəqələrində  satılan dizelın tərkibini avropadan idxal edilən avtomobillər  üçün təmiz hesab etmirlər və mühərrik çirklənməsinin ilkin səbəbi kimi bunu göstərirlər. Onların fikrinə görə, "AzPetrol" yanacaq doldurma məntəqəsində satılan dizel yanacağı digərlərinə nisbətən daha təmizdir və mühərrik çirklənməsinə səbəb olmur. Bu səbəbdən də, avtomobil sahibləri  əsasən "AZPetrol"-a  üz tuturlar. Dolayısıyla, sözügedən yanacaq   doldurma  məntəqəsində növbələr  yaranır.




  Odur ki, bu yanacaq Qazax sakinlərinə bir əlavə problem olub. Bu işə , yəni  basa - basa  dözməyən Qazax camaatı məntəqədəki rəhbərliyə "heç olmazsa üç aparatdan birini yerli camaat üçün ayırın" müraciətinə isə "biz yuxarıdan belə  bir göstəriş  almamışıq" deyə cavab verirlər. 

Məsələ ilə bağlı bizim suallarımıza  da eyni şəkildə cavab verildi.

 Hər  hansı bir yeni göstəriş olmadığı halda hazırkı vəziyyətin davam edəcəyi labüd görünür.

TIR-ların isə , ardı –arası kəsilmir. 


 Qarşı  tərəfi  dinləməyə  hazırıq.

                                                     

 Neymət Novruzlu.