Şəfəqə Doğru » Manşet » Məktəbdə şagirdlərə dərslik verilmir: Ekspert iddia edir, nazirlik susur

Məktəbdə şagirdlərə dərslik verilmir: Ekspert iddia edir, nazirlik susur

Məktəbdə şagirdlərə dərslik verilmir: Ekspert iddia edir, nazirlik susur

Yeni tədris ilinin başlamasından 3 həftəyə yaxın müddət keçməsinə baxmayaraq, hələ də orta məktəblərdə şagirdlərə kitab verilməyib. 

Shafaqadogru.com  xəbər verir ki, bu iddia ilə təhsil eksperti Kamran Əsədov çıxış edib. Onun sözlərinə görə, valideynlər kitabları özləri almaq məcburiyyətində qalıb:

"Oktyabrın 3-dür, ikinci aydır ki, orta məktəblərdə dərslər başlayıb, amma şagirdlərə kitablar verilməyib. Şagirdlər kitabsız məktəbə gedib- gəlirlər. Valideynlər kitab satışı yerlərindən öz pulları ilə kitab alır, PDF-dən çap edir, imkanı olmayanlar isə bundan məhrumdurlar. İşləyə bilmirsiniz, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi! Tam heyətinizlə ərizə yazıb istefa verib gedin. Qaldığınız hər saniyə elmə, təhsilə zərərsiniz, zərərlisiniz". 

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Cəsarət Valehov sorğu göndərməyimizi, sualın yalnız o şəkildə cavablandırılacağını deyib. Mətbuat katibinin diqqətinə çatdırdıq ki,qurum indiyə qədər göndəilən sorğularımızı aktuallıq nəzəə alınaraq sürətli cavablandırmayıb. Hətta sualımıza aylarla reaksiya verilmədiyi də olub. 

Naibə