Şəfəqə Doğru » Manşet » “Rusiya yeni hücum planlaşdırır” – Zelenski

“Rusiya yeni hücum planlaşdırır” – Zelenski

“Rusiya yeni hücum planlaşdırır” – Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya yeni raket zərbələri endirəcəyini bəyan edib və öz vətəndaşlarını elektrik enerjisinin kəsilməsi ilə bağlı xəbərdarlıq edib.

Shafaqadogru.com  xəbər verir ki, o, bu barədə Ukrayna xalqına videomüraciətdə deyib.

“Biz başa düşürük ki, terrorçular növbəti hücumlar planlaşdırırlar. Təəssüf ki, raketləri olduğu müddətdə onlar sakitləşməyəcəklər”, – deyə Zelenski ifadə edib.

Rusiyanın hücumları nəticəsində elektrik enerjisinin kəsilməsinə diqqət çəkən Ukrayna prezidenti növbəti həftənin də əvvəlki həftə kimi çətin ola biləcəyini bildirib.

Zelenskinin sözlərinə Moskvadan heç bir cavab verilməyib.