Şəfəqə Doğru » Manşet » Putin və Surovikin Ukrayna ilə bağlı taktikasını DƏYİŞDİ: “Artıq rus ordusu..”

Putin və Surovikin Ukrayna ilə bağlı taktikasını DƏYİŞDİ: “Artıq rus ordusu..”

Putin və Surovikin Ukrayna ilə bağlı taktikasını DƏYİŞDİ: “Artıq rus ordusu..”

Rusiya Prezidenti Vladimir Putin və Rusiya ordusu generalı Sergey Surovikin Ukraynada hərbi əməliyyatların taktikasını dəyişiblər.

 

Shafaqadogru.com  bildirir ki, bunu Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Andrey Qurulev deyib.  

 

“Son aylarda Sergey Vladimiroviç Surovikin bir neçə dəfə döyüş proseslərinə nəzarət etməyə gəlib. Düşmənlər prezidentimizin hərbi əməliyyatların taktikasını dəyişməsindən yazır. Bu, doğrudur. Amma bu, döyüş əməliyyatları zamanı baş vermiş araşdırmadır, yəni bu gün təbii ki, silahlı qüvvələrimiz daha səmərəli işləyir”. 

 

Qurulev hesab edir ki, Rusiyanın uğurları sayəsində ABŞ Ukraynaya hərbi dəstəyini gücləndirib. Onun sözlərinə görə, Rusiya hərbçiləri döyüşməyi, səhvlərini etiraf etməyi və nəticə çıxarmağı öyrəniblər. Deputat Rusiyada qismən səfərbərliyin təsirini də qeyd edib. O, hərbi əməliyyatların gedişatını dəyişdirə biləcək yeni və alt birliklərin yaradıldığını söyləyib: “Rus kəşfiyyatı, o cümlədən xüsusi təyinatlılar daha yaxşı işləməyə başlayıb.  Ordumuz təxribatçıları müəyyənləşdirib məhv etməyi də öyrənib”.

 

Qeyd edək ki, bundan əvvəl “The New York Times” qəzetinin müşahidəçiləri Surovikinin Ukraynada keçirilən xüsusi əməliyyatda taktikasını effektiv adlandırıblar. Bildirilib ki, onun hərəkətləri Ukrayna Silahlı Qüvvələrinin cənubda uğurlu hücum şansını azaldıb.