Şəfəqə Doğru » Manşet » "Mən Putinin şəxsi dustağıyam" - Saakaşvilidən tükürpədici məktub

"Mən Putinin şəxsi dustağıyam" - Saakaşvilidən tükürpədici məktub

"Mən Putinin şəxsi dustağıyam" - Saakaşvilidən tükürpədici məktub
"Mən bu imperiya ilə onilliklər ərzində mübarizə aparıram və bizim qələbəmizə tam əminəm..."
 
"Putinin və imperiyanın sonu heç vaxt olmadığı kimi yaxındadır..."
 
"Biz mütləq bu düşmənə qalib gələcəyik və həmişə arzuladığım kimi Avropanın ən yaxşı ölkəsi olacağıq..."
 
Gürcüstanın sabiq prezidenti, Ukrayna vətəndaşı Mixail Saakaşvili fevralın 6-da bəyan edib ki, "gürcü məhkəməsi" praktiki olaraq ona ölüm hökmü çıxarıb.
 
Shafaqadogru.com xəbər verir ki, bu barədə siyasətçi ukraynalılara məktubunda yazıb və onu özünün "Facebook" səhifəsində dərc edib. Məlumatı "QORDON" internet nəşri yayıb.
 
Saakaşvili qeyd edib ki, Tbilisi məhkəməsi onu cəzadan azad etməyib və ya cəzasını təxirə salmayıb, hərçənd, "praktiki olaraq bütün həkimlər, o cümlədən bir neçə dünyaca məşhur həkimlər yekdilliklə bu nəticəyə gəlib ki", o, gürcü həbsxanasında qalarsa, "birmənalı olaraq öləcəkdir".
 
"Mənim əziz həmvətənlərim, mən sizsiz çox darıxıram və bizim qələbəmizə tam əminəm. Mən bu imperiya ilə artıq neçə onilliklər ərzində, təkcə Gürcüstanda deyil, həm də Ukraynada, mərmər İnqilabından, iki Maydandan və mənim Odessada o dövr üçün kritik dönəmdə fəaliyyətimdən başlayaraq mübarizə aparıram", - sabiq prezident yazıb.
 
O, vurğulayıb ki, "çox böyük ürəyə malik" Ukrayna prezidenti Zelenskinin fəaliyyətdə olan müşaviri olmaqdan qürur duyur, həmçinin onun Ofisinin rəhbəri Andrey Yermaka Saakaşvilini azad etməyi tələb edən "böyük beynəlxaq koalisiya yaratdığına görə" minnətdarlıq edib.
 
"Əlbəttə, mən Putinin şəxsi dustağıyam. Son bir neçə həftə ərzində Lavrov öz müsahibələrində Gürcüstan hökumətini tərifləyərək, elə həmin müsahibələrindəcə, əlbəttə, Ukraynanı söyüb, - Saakaşvili deyib. - Mən Putinin şəxsi dustağıyam. Onun əmri ilə məni zəhərləyib, mənə işgəncə verib, məni təhqir etməkdə davam edirlər. Lakin Putinin və imperiyanın sonu heç vaxt olmadığı kimi yaxındadır. Biz tab gətirməliyik".
 
Sonda siyasətçi Ukraynaya sevgisini etiraf edib.
 
"Kiyev mənim şəhərimdir. Odessa da mənim şəhərimdir, mən bu şəhər üçün çox darıxıram. Nə baş verməsindən asılı olmayaraq, mənim ürəyim Ukraynaya məxsusdur, biz mütləq bu düşmənə qalib gələcək və həmişə arzuladığım kimi Avropanın ən yaxşı ölkəsi olacağıq", - Saakaşvili əminliyini ifadə edib.