ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yeni dövlət katibinin adını açıqlayıb.
Shafaqadogru.com xəbər verir ki, bu vəzifəyə ABŞ-ın ən böyük neft şirkəti olan "ExxonMobil"in rəhbəri Reks Tillerson təyin olunub.
Qeyd edək ki, Tillersonun ABŞ dövlət katibliyinə ən real namizəd olduğu bir müddət əvvəl açıqlanmışdı. O, ötən həftə iki dəfə Trampla görüşmüşdü.
Tillerson Moskva ilə əməkdaşlığın artırılmasının tərəfdarıdır. Ayrıca, 2012-ci ildə Tillerson Rusiya Prezidenti Vladimir Putindən "Dostluq" ordeni alıb.