Şəfəqə Doğru » Manşet » BANK MÜŞTƏRİNİN BAŞINA OYUN AÇDI – VİDEO

BANK MÜŞTƏRİNİN BAŞINA OYUN AÇDI – VİDEO

BANK MÜŞTƏRİNİN BAŞINA OYUN AÇDI – VİDEO

Sumqayıt şəhər sakini Xalidə Babaşova qızı üçün 2014-cü ildə 1000 manat dəyərində kredit götürüb.

Shafaqadogru.com XəzərXəbər-ə istinadən xəbər verir ki, bankla müqavilə əsasında əldə edilən yataq dəsti isə pensiyaçı xanıma baha başa gəlib. Xalidə Babaşova aylıq 200 manat olmaqla kreditini vaxtında tam başa çatdırdığını deyir. Lakin 9 aydan sonra ona bankdan bildirlib ki, 840 dollar borcu var.

Xalidə Babaşova Bankın onun haqında məhkəməyə şikayətindən xəbərsiz olduğunu deyir.

Bankın nümayyəndəsi Orxan Cəlalov isə şikayətçinin iddialarını tam olaraq əsassız adlandırıb. 2015-ci ildə valyuta məzənnəsinin dəyişməsinə görə bu barədə müstəriyədə məlumat verilib.

Hüququşunaslar isə bildirir ki,vətəndaş ilk növbədə müqavilənin milli valyuta və ya dollarla bağlanmasına diqqət etməlidir. Bununla yanaşı,vətəndaş banka ödədiyi pulun qəbzini ən azı 3 il özündə saxlaması tövsiyyə olunur. Çünki, bank onu bu il ərzində məhkəməyə verə bilər. Bundan başqa vətəndaş hər ehitmiala qarşı Mərkəzləşdirilmiş Kredit Reystrinə müraciət etməli və çıxarış almalıdır. Bu zaman kredit müqaviləsinin dollarla və ya milli valyuta ilə bağlanması məsələsi tam aydın olacaq. Onun əsasında da vətəndaş ya da bankın haqqlı olub-olmaması məsələsinə aydınlıq gələcək.