G7 sammitinin nəticələri uğursuzdur.
Shafaqadogru.com xəbər verir ki, bunu ARD televiziyasına müsahibəsində Almaniya kansleri Angela Merkel deyib. O, xüsusilə ABŞ Prezidenti Donald Trampın G7-nin birgə bəyanatına imza atmaqdan imtina etməsindən təəssüfləndiyini deyib:
"ABŞ-ın polad və alüminiuma tətbiq etdiyi ticarət rüsumları ətrafında danışıqlarda irəliləyiş olmaması göstərir ki, Avropa daha ABŞ-a etibar edə bilməz. Avropa regional problemlərin həllində özü aktivləşməlidir. AB gərək ABŞ-ın addımlarına qarşı cavab addımları atsın”.
Qeyd edək ki, Merkel ötən gün G7 toplantısından sonra keçirilən mətbuat konfransında Trampla ciddi fikir ayrılığı olduğunu bildirmişdi.