Milli Məclisin (MM) Elm və təhsil komitəsinin dekabrın 4-də keçirilən iclasının gündəliyinə "Ümumi təhsil haqqında” yeni qanun layihəsi daxil edilib.
Shafaqadogru.com-un xəbərinə görə, qanun layihəsi beş fəsil və 33 maddədən ibarətdir.
Qanun layihəsinin 13.19-cu maddəsinə əsasən "Təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunurlar”.