Şəfəqə Doğru » Seymur Orucov bir dəfə də olsun bu problemlərlə maraqlanmır: ”Əvəzinə həftə sonlarını Bakıda yaxşı vaxt keçirməyi bacarır”

Seymur Orucov bir dəfə də olsun bu problemlərlə maraqlanmır: ”Əvəzinə həftə sonlarını Bakıda yaxşı vaxt keçirməyi bacarır”

Seymur Orucov bir dəfə də olsun bu problemlərlə maraqlanmır: ”Əvəzinə həftə sonlarını Bakıda yaxşı vaxt keçirməyi bacarır”
Bir çoxları haqlı olaraq 44 günlük Vətən Müharibəsində şəhid olmuş, sağlamlıqlarını itirmiş müharibə iştirakçılarına və ailələrinə qarşı olan biganəlikdən şikayət edirlər. Yerli icra hakimiyyətləri özlərini elə aparırlar ki, sanki onlara qayğı göstərmək onların borcu deyil, əksinə şəhid ailələri və müharibə veteranları onlardan xahiş etməli və yalvarmalıdırlar. Bircə faktı diqqətinizə çatdırım.

44 günlük Vətən müharibəsində şücaət göstərib, şəhid olmuş, vəfatından sonra Azərbaycan Respublikası Prezidenti tərəfindən "Vətən Müharibəsi Qəhrəmanı”, "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmiş Azər Yusiflinin ailəsi hələ də Prezidentin Fərmanının icrasını gözləyir. Artıq bir ilə yaxın vaxt keçsə də Qəhrəmanın adının əbədləşdirilməsini göstərən bir addım belə atılmayıb. Kənd orta məktəbinə şəhidin adının verilməsi, ona abidə qoyulması və s. məsələlər hələ də öz həllini gözləyir.

"Yeni Gündəm” xəbər verirki bu sözləri tanınmış hüquqşünas Aslan İsmayılov öz facebook səhifəsində yazaraq paylaşı.O qeyd edibki Ağstafa rayon İcra başçısı 36 yaşlı Seymur Orucov bir dəfə də olsun bu problemlərin həllində hansısa addım atmayıb. Böyük Kəsik kənd sakinləri öz hesablarına açdıqları bulağın açılışına qatılmağı belə özünə rəva bilməyib. Əvəzində həftə sonlarını Bakıda yaxşı vaxt keçirməyi bacarır.