Gürcüstanın Nato-ya üzvlük arzusu hələ də davam edir. Belə ki, ötən həftə Gürcüstanın Baş naziri Nato baş katibi ilə görüş zamanı bunu ölkənin ən vacib məsələlərindən biri kimi qiymətləndirib. O həm də onu qeyd edib ki, Avropanın təhlükəsliyi məhz Qara dənizin tam təhlükəsiz olmasına bağlıdır və ölkəsinin üzvlüyü bu mənada öz faydasını verə bilər.
Nəzərə alsaq ki, Qara dənizdə "təhlükə" yarada biləcək tək güc Rusiya sayılır, demək olar ki, bu yanaşma əslində Rusiyaya göndərilmiş bir mesajdır.
Nato-nun Baş katibi də ürəkləndirici çağırış etməkdən çəkinməyib və Gürcüstanı üzvlük üçün bütün vasitələri səfərbər etməyə səsləyib. O, Gürcüstanın ərazi bütövlüyünü tanıdığını bildirib və Rusiyanı də Abxaziya və Cənubi Ossetiyadakı separatist rejimlərin müstəqilliyini tanımaqda imtina etməyə dəvət edib.
Bu prosesin yenidən canlanmasının şübhəsiz ki, Amerikada Baydenin iqtidara gəlməsi ilə əlaqəsi vardır. Ölkəmiz üçün də bu məsələnin təsiri az deyildir. Belə ki, Gürcüstan Nato-ya üzv olarsa tarixdə ilk dəfə iki hərbi blokun bir başa qonşusu oluruq : Rusiyanın idarə etdiyi Kollektiv Təhlükəsizlik Təşkilatı və Amerikanın idarə etdiyi Nato. Birinə bir qonşumuz, digərinə isə digəri üzv olduqda, Azərbaycan diplomatiyası üçün xüsusi həssasiyyət yetişəcəkdir.
Redaksiya heyəti