Şəfəqə Doğru » Manşet » Şəmkirdə silahlı insident olub, bir nəfər güllələnib

Şəmkirdə silahlı insident olub, bir nəfər güllələnib

Şəmkirdə silahlı insident olub, bir nəfər güllələnib
Şəmkirdə silahlı insident olub.

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə günorta saatlarında Şəmkir şəhərində bazarın yaxınlığında baş verib.

Küçədə bir nəfərin odlu silahdan açdığı atəş nəticəsində Şəmkir sakini, 1992-ci il təvəllüdlü Mircəlal Mehdiyev xəsarət alıb. 

Güllə yarası alan M. Mehdiyev Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.