Bosniya xorvatlarının hərbi liderlərindən olan Slobodan Pralyal beynəlxalq tribunalın apellyasiya instansiyası onunla bağlı qərarı dəyişmədiyi üçün belə bir addım atıb. Generalın zəhər içməsinin görüntüləri canlı olaraq yayımlanıb. O, naməlum mayeni içdikdən sonra "Sadəcə zəhər içdim. Mən günahkar deyiləm. Bu hökmə qarşıyam” deyib. Hakim məhkəməyə ara verərək zala dərhal həkim çağırıb.

