Şəfəqə Doğru » Manşet » Press release

Press release

Press release

Azərbaycan Respublikasının Gənclər Fondunun XI qrant müsabiqəsinin maliyyə yardımı ilə "Vətən Sərhəddən Başlayır" adlı qısametrajlı film layihəsi çərçivəsində çəkilmiş eyniadlı film sona çatdı və təqdimat mərasimi keçirildi.

"Vətən Sərhəddən Başlayır" adlı qısametrajlı film 20 dekabr 2018-ci ildə start verildi. Layihənin ilk birinci ayı hazırlıq dövrü oldu. Ikinci ayı isə filmin çəklişlərinə başlanıldı. "Vətən Sərhəddən Başlayır" adlı qısametrajlı film Qazax rayonunun Quşçu Ayrım kəndində çəkildi. "Vətən Sərhəddən Başlayır" adlı qısametrajlı filmin əsas məqsədi Quşçu Ayrım kəndinin sakinlərinin yaşayış tərzini, kənd əhalisinin bütün çətinliklərə (tez-tez erməni işğalçıları tərəfəndin atəşkəsin pozulması) baxmayaraq qürürla yaşamaları və gündəlik həyat tərzi haqqında KİV-lərinə məlumatın çatdırılması. Qısametrajlı filmdə ictimaiyyətə çatdırılacaq mövzular: -Kənd sakinlərinin sosial-iqtisadi həyatı. -Erməni işğalçılarının tez tez atəşkəsi pozmasına baxmayaraq yaşayış yerlərini tərk etməməsi və kənd əhalisinin mərdliyi.-Kənd əhalisinin təhsilə marağı və inkişafı. - Quşçu Ayrım kəndinin vətən uğrunda müharibədə iştirak etmiş şəhidləri və.s.

Layihənin üçüncu ayı təqdimat mərasimi keçirildi. "Vətən Sərhəddən Başlayır" adlı qısametrajlı filmin təqdimat mərasimi 11-12-13-14 mart 2019 -cu il tarixlərdə saat 12.00 da müvafiq olaraq Qazax M.Hüseyin adına Hümanitar Təbiət təmaüllü litseydə, Qazax İsmət Qayıbov adına 3 saylı tam orta məktəbdə, Qazax Dövlət Sosial İqtisad kollecində, Bakı Dövlət Universtetinin Qazax filialında, 15 mart 2019-cu il 15.00 tarixdə isə Qazax şəhər Mədəniyyət Mərkəzində, 19 mart 2019 cu il 12.00 tarixdə Yavər Mirzəyev adına Quşçu Ayrım kənd orta məktəbində keçirildi. "Vətən Sərhəddən Başlayır" adlı qısametrajlı film ingilis dilində alt yazılı tərcümə olunub. Gələcəkdə rus dilindədə tərcümə olunacaq.

"Vətən Sərhəddən Başlayır" adlı qısametrajlı filmin linki: https://www.youtube.com/watch?v=_erhbd6zUNA&feature=youtu.be&fbclid=IwAR0MgMNhPf8vGOrDwhRRPovIzAEfAsjxYEk_liP3RAUfInu8nu_iLk9RTmg

Layihə Rəhbəri: Yuxarı Əskipara kənd sakini və Yavər Mirzəyev adına Quşçu Ayrım kənd orta məktəbinin ingilis dili müəlliməsi Sevinc Musayeva Çingiz qızı