"Torpaqlarımızı yaxın və uzaq xaricdəki havadarlarının hərbi-siyasi dəstəyi ilə işğal edən erməni faşistlərinin son 26 ildə dədə-baba yurdlarımızda yaxın -uzaq xaricdən insanabənzər "haydaşlar”ını yerləşdirmələri artıq bütün dünyaya bəllidir. İşğalçılıq siyasəti nəticəsində Azərbaycan Respublikasının bir milyona yaxın qaçqın, məcburi köçkün "qazanması” da gizlin deyil". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Di gəl, işğalçı erməni faşistlərinin "qaçqınkomu” Azərbaycan torpaqlarına Livandan, Suriyadan, Amerikadan və digər yerlərdən erməniləri "məcburi” yerləşdirib, işğalçı "vətən”daş(nak)ları”nın sayını artırıb, yerli Azərbaycan "Qaçqınkom”u isə məcburi köçkünlərin sayını süni surətdə azaltmaqla məşğuldur. Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi məcburi köçkünlük illərində doğulan uşaqlara "məcburi köçkün” statusunu verməkdən imtina edir! (?)
2-ci dərəcəli Qarabağ əlili Elçin Əfqan oğlu İbrahimov bu günlərdə doğma Qarabağdakı viran qalmış yurduna qayıtmaq üçün ,necə deyərlər, "çamadan ovqatı”ndadır. İki oğul atası Qarabağ qazisi 16 yaşlı atasının adını qoyduğu Əfqanı "qarabağlı” edə bilməyəcəyindən nigarandır. Doğulandan atasının doğulduğu kəndə pasport qeydiyyatına alınan, "məcburi köçkün” statusu daşıyan qazi oğlu İbrahimov Əfqan Elçin oğluna "Qaçqınkom” "məcburi köçkün” vəsiqəsini verməkdən imtina edir . Komitənin Tariyel adlı əməkdaşı Qarabağ köçkünü, qazinin ali dövlət hakimiyyəti orqanlarından daxil olan şikayətlərinin də faydasız olduğunu bildirərək məhkəməyə müraciət etməyi məsləhət görür. Məcburi köçkün Qarabağ qazisi də çaşıb qalıb : məhkəməyə status verilməsindən imtina edildikdə müraciət oluna bilər, onun oğlu isə 16 ildir "məcburi köçkün” statusuna malikdir! Belə çıxır, vəsiqənin verilməsinin təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılmalıdır? Bu tələbi isə inzibati qaydada da təmin etmək hüquq – mühafizə orqanlarının görəvidir. Artıq Qarabağ qazisi bununla bağlı Daxili İşlər Nazirliyinə , Baş prokurorluğa müraciət edib. Ümumiyyətlə, statusu olan şəxsə müvafiq vəsiqənin verilməsindən imtina edilməsi ciddi qanun pozuntusudur və özbaşınalıqdan özgə bir şey deyil.
Görəsən, köçkünlərin sayını azaltmaqla "Qaçqınkom” nəyə nail olmaq istəyir? Yoxsa, işğalçıların "status” havadarlarının "dəyirman”ı susuzluqdan "soyqırım üyüdə” bilmir?"
Məğrur Bədəlsoy
P.S. Bu gün – 20 noyabr 2020-ci ildə Ağdam da, Seyidli kəndi də işğalçılardan qurtuldu. Gözümüz aydın! Qarabağda görüşərik !