Şəfəqə Doğru » Manşet » Rusiya İrəvana silah tədarükünə başlayır

Rusiya İrəvana silah tədarükünə başlayır

Rusiya İrəvana silah tədarükünə başlayır
Rusiya Ermənistana yeni müdafiə krediti razılaşması çərçivəsində silah tədarükünə bu il başlayacaq.
Shafaqadogru.com  axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Vladimir Drojjov deyib.
Qeyd edək ki, Ermənistan indiyə qədər Rusiya ilə iki müdafiə kreditinə imza atıb. İlk kredit 2015-ci ildə verilib və həcmi 200 milyon dollar olub. İkinci kredit isə keçən il imzalanıb və həcmi 100 milyon dollardır. Ermənistan bu borcunu 15 il ərzində geri qaytarmalıdır.
Məhz birinci müqavilə sayəsində Rusiya Ermənistana bölgə üçün təhdid yaradan "İsgəndər” raketlərini verib. İrəvan ikinci müqaviləni imzalayarkən əsas alacağı silahların yenə də strateji xarakterli olacağını bildirib.