Şəfəqə Doğru » Manşet » Minimum aylıq əməkhaqqı və pensiya ilə bağlı SƏRƏNCAM

Minimum aylıq əməkhaqqı və pensiya ilə bağlı SƏRƏNCAM

Minimum aylıq əməkhaqqı və pensiya ilə bağlı SƏRƏNCAM

Respublikanın Prezidenti İlham Əliyev "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncam imzalayıb.

Sərəncama əsasən, minimum aylıq əməkhaqqı yanvar ayının 1-dən etibarən 400 manat məbləğində təyin edilir.

Nazirlər Kabineti isə əmək pensiyasının minimum məbləğinin bu ilin fevral ayının 1-dən etibarən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini isə 3 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.