Şəfəqə Doğru » Gündəm » Avtomobildə sobanı bütün yolboyu işlətmək olarmı?

Avtomobildə sobanı bütün yolboyu işlətmək olarmı?

Avtomobildə sobanı bütün yolboyu işlətmək olarmı?

"Avtomobildəki soba səfər müddətində fasiləsiz və tam gücdə işləyə bilər. Bu, avtomobilə zərər vermir".

Bu barədə avtomobil eksperti Dmitri Slavnov Lenta.ru-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, avtomobil istehsalçısının mühəndisləri isitmə sisteminin bütün istismar şəraitində işləməsini əvvəlcədən hesablayıblar.


"Avtomobilinizi istehsalçı zavodun mühəndisləri layihələndiriblər və onlar sobanın avtomobilin istismar olunduğu bütün şəraitlərdə işləyə biləcəyini nəzərə alıblar", - deyə ekspert bildirib.

Onun fikrincə, qızdırıcının uzun müddət işləməsi səbəbindən sıradan çıxacağından narahat olmağa dəyməz. Əsas məsələ sürücü ilə sərnişinlərin rahatlığı və sağlamlığıdır.

"Buna görə də özümüzün qayğımıza qalaq, sobanı yandıraq və işləməsinə imkan verək. Ona heç nə olmayacaq", - deyə Slavnov fikrini yekunlaşdırıb//oxu.az