Şəfəqə Doğru » Manşet » "Turan"a qarşı cinayət işi ləğv olundu

"Turan"a qarşı cinayət işi ləğv olundu

"Turan"a qarşı cinayət işi ləğv olundu

Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə "Turan" Agentliyinə təyin etdiyi 37 min manat (22 min dollar) məbləğində əlavə vergi sanksiyasını ləğv edib.

Shafaqadogru.com  qafqazinfo-ya istinadən xəbər verir ki, departament bu qərarı kameral yoxlamanın yekunu əsasında qəbul edib. Bu barədə departament Agentliyə rəsmi məktubla məlumat verib.

Qeyd edək ki, məhz 2014-2016-cı illər üzrə əlavə vergi ödənilməsi barədə bu qərardan 7 avqust 2017-ci ildə Vergi Cinayətlərinin İlkin Araşdırılması Departamenti tərəfindən "Turan"a qarşı cinayət işi başlanması üçün istifadə edilmişdi.

 

Contact.az yazır ki,  avqustun 16-da Agentliyin ofisində axtarış aparılmış, maliyyə fəaliyyəti ilə bağlı mühasibat sənədləri və elektron daşıyıcılar götürülmüşdü. İki gün sonra, avqustun 18-də vergi yoxlamasını 1 iyul 2010-cu ildən 1 iyul 2017-ci ilə qədər genişləndirmək barədə qərar qəbul edilmişdi. Sayt bildirib ki, 2010-2016-cı illər üzrə əlavə vergi hesablanması barədə qərarın ləğv edilməsi ilə Тuran Agentliyinə qarşı cinayət işinin hüquqi bazası qalmır.