Şəfəqə Doğru » Manşet » Vidadi İsayev hardadır? İcra başçısı niyə işə çıxmır? Səhhəti ilə bağlı problemm yoxsa...

Vidadi İsayev hardadır? İcra başçısı niyə işə çıxmır? Səhhəti ilə bağlı problemm yoxsa...

Vidadi İsayev hardadır? İcra başçısı niyə işə çıxmır? Səhhəti ilə bağlı problemm yoxsa...
Bir neçə gündür ki, Bərdənin icra başçısı ilə bağlı mediada ilginc iddialar yer almaqdadır. Gundeminfo.az-a daxil olan informasiyalara əsasən Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə çox yaxınlığı ilə tanınan icra başçısı Vidadi İsayev uzun müddətdir ki, işə çıxmır. Məlum gəncə hadisələrindən sonra icra başçısının ətrafında olan adamlarla bağlı da təftişlərin başlandığı deyilir. Bir neçə gün öncə icra başçısı illərlə bir yerdə işlədiyi köməkçisini də işdən azad edib. Tərtər rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsinin rəisi işləyəndən bəri V.İsayev onu özünə köməkçi təyin edib. Zaur Bəylərovun işdən azad edilməsi ilə bağlı saytımıza daxil olan ilginc iddialarla bağlı bir qədər əvvəl məlumat vermişdik. 

ƏVVƏLKİ YAZI BURADA 

Keçən bu müddət ərzində İsayevin mövqeyini öyrənmək mümkün olmadı. Apardığımız araşdırmalar zamanı bəlli olub ki, V.İsayev uzun müddətdir ki, işə çıxmır. Elmar Vəliyevə sui-qəssdən sonra xarici ölkələrdən birinə yollanan İsayevin hazırda harada olduğuna dair dəqiq xəbərlər yoxdur. Bir neçə mənbə başçının xaricdə müalicə aldığını, başqa mənbələr isə "səhhəti ilə əlaqədar" istefa ərizəsi yazdığını iddia edirlər. Mövzu ilə bağlı icra başçısının da mövqeyini dinləməyə hazırıq. 
Shafaqadogru.com Gündəminfo.az-a isdinadən bildirir