İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 20 474 nəfər və ya 0.2 faiz artaraq 2026-cı il oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 282 min 825 nəfərə çatıb.
Ölkə əhalisinin 54.3 faizini şəhər, 45.7 faizini kənd sakinləri, 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir.
2026-cı il oktyabr ayının əvvəlinə əhalinin 22.9 faizi Bakı, 4.6 faizi Naxçıvan, 9.3 faizi Lənkəran-Astara, 8.6 faizi Abşeron-Xızı, 7.3 faizi Qarabağ, 7.1 faizi Mərkəzi Aran, 6.6 faizi Qazax-Tovuz, 6.1 faizi Şəki-Zaqatala, 5.8 faizi Gəncə-Daşkəsən, 5.4 faizi Quba-Xaçmaz, 5.2 faizi Mil-Muğan, 4.9 faizi Şirvan-Salyan, 3.2 faizi Dağlıq Şirvan, 3 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb//oxu.az