Şəfəqə Doğru » Manşet » Ədən körfəzində iki ABŞ gəmisi VURULDU

Ədən körfəzində iki ABŞ gəmisi VURULDU

Ədən körfəzində iki ABŞ gəmisi VURULDU

Yəməndə İrana bağlı olan husilər (“Ənsar Allah” hərəkatı) Ədən körfəzində iki ABŞ gəmisinə hücum edib. Shafaqadogru .com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Seri verdiyi açıqlamada bildirib. Onun sözlərinə görə, "Sea Champion" ve "Mavis Fortuna" gəmilərinə hücum edilib. Qeyd edək ki, husilərin hücumlarından sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki fəaliyyətini dayandırmaq qərarına gəlib. Xatırladaq ki, qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.