Şəfəqə Doğru » Manşet » Serj Sarqsyan 3 gündür Azərbaycandadır

Serj Sarqsyan 3 gündür Azərbaycandadır

Serj Sarqsyan 3 gündür Azərbaycandadır

Ermənistanın sabiq prezidenti və baş naziri Serj Sarkisyan 3 gündür Xankəndidədir.

Bu barədə məlumatı "Joxovurd” qəzeti yayıb. Qəzet Sərkisyanın İrəvandan birbaşa Azərbaycanın işğal altından olan Xankəndi şəhərinə gəldiyini bildirib. Onun artıq 3 gündür Xankəndində olduğu vurğulanıb.

Sərkisyanın mətbuat xidməti isə onun İtaliyadan Ermənistana bir həftə əvvəl qayıtdığını bildirib.

Serj Sarqsyanın anasına baş çəkmək üçün Dağlıq Qarabağa gəldiyi iddia olunub.

Başqa məlumatlara əsasən, o, 10 gün xaricdə səfərdə olub və İtaliyda dincəlib. S.Sarqsyanın ofsinin rəhbəri Nairi Petrosyan keçmiş prezidentin bir həftə əvvəl Ermənistana qayıtdığını söyləyib.

Qeyd edək ki, S.Sarqsyanın qızlarından biri Ermənitstanın Vatikandakı səfirinin həyat yoldaşıdır.