Kürdüstan layihəsi İpək Yolunun qarşısını alacaq.
Bu sözləri Türkiyənin Vətən Partiyasının rəhbəri Doğu Perinçək Çində konfransların birində çıxışı zamanı deyib.
"Çinli yoldaşlara "Yeni nəsl, yeni yol insiativi” ilə bağlı bir sual verəcəyəm. Çin hökumətinin və Çin Kommunist Partiyasının Kürdüstanla bağlı mövqeyi nədir? Bu sual olduqca önəmlidir. Çünki İkinci İsrail layihəsi olan Qərbi Asiyadakı Kürdüstan layihəsi İpək Yolunun qarşısını alacaq”, - Perinçək bildirib.