"Azərbaycan nota verməklə İranın normal qonşuluq məcrasına dönməsini hədəfləyib".
Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. Ekspert İranın notanı cavablandırmasının zəruriliyini qeyd edib:
"Azərbaycan nota vermək qərarını qəbul etdiyi vaxt bu qərardan sonra yarana biləcək vəziyyəti nəzərə alaraq bu addımı atıb. Düşünürəm ki, Azərbaycan nota vermək və İran tərəfinə bu qanunsuz əməlləri barədə sübutlar təqdim etməyi daha məqsədəuyğun hesab edib və bununla Azərbaycan-İran arasındakı münasibətlərin pisləşməsini deyil, normal qonşuluq məcrasına dönməsini hədəfləyib. Beləliklə mən bu notadan sonra iki qonşu dövlət arasında münasibətlərin daha da kəskinləşməsini gözləmirəm. İran hələ ona diplomatik dillə edilən narazılığı, notanı cavablandırmalı və ermənilərə gedən yüklərin mənbəyi haqqında izahat verməlidir".
Politoloq Azərbaycanın İrana ünvanladığı sualların cavabsız qalacağı halda atılacaq addımlar barədə qarşı tərəfə xəbərdarlığın edildiyini bildirib: