ABŞ-da məhbus olaraq mühakimə olunan və hansı həbsxanada saxlandığı bilinməyən Rza Zərrab noyabrın 27-də başlayacaq məhkəmə prossesinin dünənki hazırlıq iclasına qatılmayıb. Həbsxanada ölümlə təhdid edilən Zərrab başqa bir həbsxanaya köçürülüb.
shafaqadogru.com türk mediasına istinadən xəbər verir ki, azərbaycanlı iş adamının həbsxanada bir zənci tərəfindən bıçaqlanaraq öldürülməyə cəhd edildiyi və buna görə də başqa bir həbsxanaya aparıldığı ortaya çıxıb.
Xəbərdə, ''Dərin dövlətin Rzaya ölüm qorxusu verərək öz istəyi ilə etirafa məcbur etdikləri aydın olur.'' deyilir.
''Rzanın Amerikalı vəkili Brafman açıqlamasında dünənki prossesə müvəkkilinin qatılmayacağını söylədi. Türk vəkil isə Zərraba ulaşa bilmir''.