Şəfəqə Doğru » Gündəm » Böyük dövlətdə ermənilərə qarşı kütləvi həbslər – Evlərindən çıxmağa qorxurlar

Böyük dövlətdə ermənilərə qarşı kütləvi həbslər – Evlərindən çıxmağa qorxurlar

Böyük dövlətdə ermənilərə qarşı kütləvi həbslər – Evlərindən çıxmağa qorxurlar

ABŞ Prezidenti Donald Tramp administrasiyasının sərtləşdirdiyi miqrasiya siyasəti Los-Ancelesdə yaşayan ermənilər arasında qorxu yaradıb.

Musavat.com xəbər verir ki, ermənilərin sıx məskunlaşdığı Qlendeyl şəhərində saxlanılmalarla bağlı görüntülər sosial şəbəkələrdə yayılır.

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, miqrasiya reydləri və deportasiyalar səbəbindən bəzi ermənilər evlərini tərk etməkdən çəkinirlər.

Xüsusilə ABŞ-də yaşamaq üçün hüquqi sənədlərinin rəsmiləşdirilməsini illərlə gözləyən şəxslərin vəziyyətdən narahat olduğu bildirilir.

Los-Anceles bölgəsində federal miqrasiya xidmətinin əməliyyatları həqiqətən intensivləşib. Oktyabr ayında yayılan məlumatlara görə, Cənubi Kaliforniyada keçirilən reydlər zamanı onlarla miqrant saxlanılıb. Federal qurumlar əməliyyatların miqrasiya qanunvericiliyinin icrası məqsədi daşıdığını bildirirlər.

Qlendeyldə də saxlanılma hadisələri qeydə alınıb. Belə ki, bir müddət öncə ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) əməkdaşlarının bir şəxsi saxlaması zamanı anasının fəryad etməsini əks etdirən görüntülər yayılmışdı. Hadisə yerli sakinlərin narahatlığına səbəb olmuşdu.

Diqqətçəkən digər məqam isə Ermənistanın Los-Ancelesdəki Baş Konsulluğunun oktyabrın 24-də yaydığı açıqlamadır. Konsulluq Ermənistan vətəndaşlarının diplomatik nümayəndəliyə çağırılaraq ABŞ miqrasiya xidmətinə təhvil verilməsi barədə sosial şəbəkələrdə yayılan iddiaları təkzib edib.

Xatırladaq ki, Qlendeyl ABŞ-də ən böyük erməni icmalarından birinin yaşadığı şəhərlərdən biridir.