Şəfəqə Doğru » Manşet » Məşhur toyun daha bir məşhur iştirakçısı – Zakir Qaralov barəsində tədbir görüləcəkmi?

Məşhur toyun daha bir məşhur iştirakçısı – Zakir Qaralov barəsində tədbir görüləcəkmi?

Məşhur toyun daha bir məşhur iştirakçısı – Zakir Qaralov barəsində tədbir görüləcəkmi?
Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha bir məşhur şəxsin adı məlum olub.

Gununsesi.info-nun yaydığı məlumata görə, ölkənin keçmiş Baş Prokuroru Zakir Qaralov da İlham Əliyevin qonaqları sırasında olub. Onun dəvət olunması Ramiz Mehdiyevlə yaxın qohumluq əlaqələrindən irəli gəlir. Belə ki, Zakir Qaralovun əslən Naxçıvandan olan həyat yoldaşı AMEA prezidenti ilə yaxın qohumdur.

Maraqlıdır, başqa toy iştirakçıları kimi Zakir Qaralov da cərimələnəcəkmi?