Şəfəqə Doğru » Manşet » Putin Qorbaçovla belə vidalaşdı - VİDEO

Putin Qorbaçovla belə vidalaşdı - VİDEO

Putin Qorbaçovla belə vidalaşdı - VİDEO
Rusiya lideri Vladimir Putin SSRİ-nin ilk və son prezidenti olmuş Mixail Qorbaçovun dəfn mərasimində iştirak edə bilməyəcək.

Shafaqadogru.com  Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
 
O, Putinin hazırda Kalininqradda olduğunu, səfərdən əvvəl Mərkəzi Klinik Xəstəxanada Qorbaçovla vidalaşdığını deyib.
 
“Kalinqrada yola düşməzdən əvvəl prezident Mərkəzi Klinik Xəstəxanada dayandı və Mixail Sergeyeviç Qorbaçovla vidalaşdı. Bilirik ki, vida və dəfn mərasimi sentyabrın 3-də keçiriləcək, amma təəssüf ki, Prezidentin iş qrafiki bunu sentyabrın 3-də etməyə imkan vermədiyi üçün bu gün Mixail Qorbaçovla vidalaşmaq qərarına gəlib", - deyə Kremlin sözçüsü qeyd edib.