Şəfəqə Doğru » Manşet » ​Rza Zərrabın məhkəmə işi – SON VƏZİYYƏT

​Rza Zərrabın məhkəmə işi – SON VƏZİYYƏT

​Rza Zərrabın məhkəmə işi – SON VƏZİYYƏT
Ekspert: "Zərrab işi ilə bağlı Türkiyənin ictimai rəyinə hesablanmış kampaniya effekt vermədi”

Ötən aylarda Türkiyə mətbuatının gündəmini zəbt edən Rza Zərrab işi ilə bağlı informasiyalar səngiyib, eyni zamanda bu haqda artıq ictimaiyyətdə müzakirələr aparılmır. Zərrab işi ilə bağlı olaylar həm ABŞ, həm də Türkiyə mediasından da "silinib”. Yalnız ötən həftə Zərrabın ABŞ-da gizli saxlanıldığı yerin aşkara çıxması ilə bağlı məlumat yayıldı. Məlumatda bildirilirdi ki, ABŞ-ın İrana tətbiq etdiyi maliyyə sanksiyalarını pozmaqda ittiham edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabın saxlanıldığı yer bəlli olub.

Zərrabın Nyu-York şəhəri yaxınlığında yerləşən "Vestçester” həbsxanasında saxlanıldığı ortaya çıxıb.

Yada salaq ki, ABŞ məhkəməsi Rza Zərrabı razı salaraq onunla "Şahidin mühafizəsi proqramı” imzalamışdı. Proqrama əsasən, Rza Zərrab məhkəmə prosesində şahid qismində iştirak etməli və bunun qarşılığında maaş verilməli, təhlükəsizliyi təmin olunmalı və estetik əməliyyat edilməlidir. R. Zərrab bu razılaşmaya getməsəydi, onu 130 il həbs cəzası və 4 milyon 500 min dollar pul cəzası gözləyirdi.


Razılaşmaya sadiq qalan ABŞ məhkəməsi Türkiyənin Rza Zərrabla əlaqə qura bilməsinə mane olmaq üçün onun saxlanıldığı yer barədə məlumat vermirdi.

Həmçinin yanvarın 4-də keçirilən ABŞ məhkəməsi Türkiyənin "Halkbank” bankının baş direktorunun müavini Mehmet Hakan Atillanı İrana qarşı sanksiyaları pozmağa cəhd etməkdə təqsirli bilib.


Məlumata görə, bunu Nyu-Yorkun Cənub dairəsinin prokuroru vəzifəsini icra edən Cun Kim bəyan edib. Onun sözlərinə görə, Atilla barəsində hökm aprelin 11-də çıxarılacaq.

"Halkbank”-ın baş direktorunun müavini ötən ilin martında ABŞ-da saxlanılıb. ABŞ tərəfi M.H.Atillanın sahibkar Rza Zərrabla sövdələşməyə girdiyini və sanksiyaları pozmaqla İrana milyonlarla dollar məbləğində pul köçürməyi planlaşdırdığını iddia edib.


"Yeni Müsavat”a danışan ekspert Elçin Mirzəbəyli bildirib ki, Rza Zərrabla bağlı məsələ iqtisadi cinayətkarlıqdan daha çox siyasi məsələdir:

"Adıçəkilən şəxs ətrafında baş verən hadisələr də bunu sübuta yetirir. Sadəcə bir fakta diqqət yetirək: Təqsirləndirilən şəxs kimi həbs olunan Zərrab artıq məhkəmədə şahid qismində çıxış edir. Və bütün bunlar Rza Zərrabın bank fırıldaqlarında istifadə olunan hesabın açılması üçün nazir Egemen Bağışdan yardım aldığını və keçmiş iqtisadiyyat naziri Zafer Çağlayana üst-üstə 50 milyon avroya yaxın rüşvət verdiyini dilə gətirdikdən sonra baş verib. Qeyd edim ki, Türkiyənin istintaq orqanları Rza Zərrabın Nyu Yorkdakı həbsxanadan Türkiyədəki köməkçisi Sinem Arslanla internet üzərindən əlaqə saxladığı, mesajlaşdığı və hətta görüntülü danışdığını təsdiqləyən materialları əldə edərək yayımlayıblar”.

Mirzəbəyli qeyd edib ki, Rza Zərrabla bağlı prosesdə ziddiyyətli məqamlar kifayət qədərdir:

"Məsələn, ABŞ-ın sanksiyalarını pozaraq milyardla dollar vəsaiti qaçaqmalçılıq yolu ilə İrana daşıyan Zərrab Amerikaya hansı səbəblərdən gedirdi? Əgər o həbs olunacağı ehtimalını nəzərə almayacaq qədər kütbeyin idisə o zaman bu qədər böyük vəsaitlər Zərraba necə etibar olunurdu? Digər tərəfdən, FETO olaylarından xeyli öncə Zərrabın ətrafında qalmaqallı proseslər cərəyan edirdi. Zərrabın gah qızıl, gah da pulla dolu təyyarələri saxlanılırdı və İranlı qaçaqmalçı istintaqa cəlb olunurdu. Həmin dövrdə həm təhlükəsizlik orqanlarında, həm polisdə və prakurorluqda, həm də məhkəmə orqanlarında yetərincə FETÖ-çu çalışırdı. Ola bilsin ki, elə o zaman Rza, FETÖ və ABŞ-ın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib və sonra razılaşdırılmış ssenari əsasında ABŞ-a göbdərilib ki, Türkiyə hakimiyyətində təmsil olunan şəxslərə qarşı qara piar kampaniyasında iştirak etsin. Bu məsələ ətrafında çoxsaylı ehtimallar irəli sürmək olar. Prosesin səngiməsinin isə, zənnimcə bir əsas səbəbi var: Zərrab işi ilə bağlı Türkiyənin ictimai rəyinə hesablanmış kampaniya effekt vermədi, yaxud gözlənilən nəticə əldə olunmad