Şəfəqə Doğru » Manşet » Azərbaycanda universitetin baş müəlliminin şok əməlləri — TƏFƏRRÜAT

Azərbaycanda universitetin baş müəlliminin şok əməlləri — TƏFƏRRÜAT

Azərbaycanda universitetin baş müəlliminin şok əməlləri — TƏFƏRRÜAT

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında ana dili və ədəbiyyat və onların tədrisi metodikası kafedrasının baş müəllimi vəzifəsində işləmiş Vaqif Fətullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vaqif Fətullayev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında ana dili və ədəbiyyat və onların tədrisi metodikası kafedrasının baş müəllimi vəzifəsində işlədiyi müddətdə Azərbaycan Respublikası Prezidentinin 21 iyul 1992-ci il tarixli 74 saylı fərmanı ilə yaradılmış "Tələbə qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 1 və 6.1-ci maddələrinə əsasən, həmin qurum tərəfindən ali və orta ixtisas məktəblərinin müxtəlif pillələrinə qəbulun test üsulu ilə mərkəzləşdirilmiş qaydada həyata keçirildiyini bildiyi halda, öz qulluq mövqeyindən, yəni təhsil müəssisəsinin əməkdaşı kimi həmin sahədə çalışan məsul şəxslərlə əlaqələrindən istifadə edib, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının direktoru İsa Veyisov, həmin filialın tədris hissəsi müdiri Tofiq Əlihüseynov, filialın təcrübü məşğələ rəhbəri Sevda İsgəndərova, həmin institutun Gəncə filialının direktoru Ramiz Məmmədov və qeyriləri ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girib.


Vaqif Fətullayev 2009-ci ilin avqust ayında tanışı Ağdam rayon sakini Mətləb Mehdiyevin  övladı Ləman Mehdiyevanı Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına qəbul etdirəcəyini yalandan vəd verib, Mətləb Mehdiyevdən qızı Ləman Mehdiyevamn test imtahanlarının ikinci turundan Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına qəbul etdirilməsi adı ilə 7500  manat pulu həmin tarixdə yaşadığı Bərdə rayonunun Qaradəmirçi kəndində olan evində alaraq, həmçinin ondan təhsil haqqı adı ilə 2009-2012-ci illərdə Qazax şəhəri, H.Əliyev prospekti 150-də yerləşən Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında cinayətkar qrupun üzvü Sevda İsgəndərova vasitəsi ilə cəmi 2250 manat, Ləman Mehdiyevanm adına tərtib edilmiş diplomun verilməsi adı ilə 2015-ci ilin dekabr ayının 10-da və ilk görüşündən təxminən 15 gün sonra Tərtər rayonu ərazisindəki "Dörd yol” adlanan yerin yaxınlığındakı "Ruslan OİL” yanacaq doldurma məntəqəsinin qarşısında iki dəfəyə olmaqla 2000 manat alıb.


Ləman Mehdiyevamn qeyd edilən təhsil müəssəsinə qəbul olunması görüntüsünü yaratmaq üçün əvvəlcədən əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq tamah niyyəti ilə cinayətkar qrupun üzvü olan İsa Veyisov, Ramiz Məmmədov və Sevda İsgəndərova tərəfindən hazırlanaraq bilə-bilə yalan məlumatlar daxil olunmuş rəsmi sənəd sayılan Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı adından verilmiş guya, Ləman Mehdiyevanm həmin təhsil müəssəsinin Tarix Coğrafiya fakültəsində təhsil alması barədə 2009-cu il tarixli, 125 saylı tələbə bileti, İnstitutun Gəncə filialı adından qeyd olunan təhsil müəssəsini bitirməsi və yekun Dövlət Attsestasiya Komissiyasının qərarı ilə Maarif, Tarix və Coğrafiya müəllimliyi ixtisası üzrə bakalavr dərəcəsi verilməsi barədə 6 iyul 2013-cü il tarixli, 324862 saylı diplom, təhsil haqqı kimi xəzinəyə 750 manat ödənilməsi barədə 16.10.2009-cu il tarixli, 750 manat pul ödənilməsi barədə 04.04.2011-ci il tarixli, 750 manat pul ödənilməsi barədə saxta kassa mədaxil orderlərini şəxsən özü və cinayətkar qrupun üzvü Sevda İsgəndərova vasitəsilə Mətləb Mehdiyevə təqdim etməklə həmin pul vəsaitini cinayətkar qrupun digər üzvüləri olan Tofiq Əlihüseynov, Ramiz Məmmədov və qeyriləri ilə Gəncə şəhəri, Qazax rayonu ərazisində öz aralarında bölüblər.


Bundan əlavə, Vaqif Fətullayev Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının direktoru İsa Veyisov, həmin filialın tədris hissəsi müdiri Tofiq Əlihüseynov, həmin institutun Gəncə filialının direktoru Ramiz Məmmədov birlikdə 2011-ci ilin avqust ayında Mətləb Mehdiyevin digər övladı İlahə Mehdiyevəm test imtahanlarının ikinci tuturundan Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filiallarına qəbul etdirəcəyini yalandan vəd verib, yaşadığı Bərdə rayonunun Qaradəmirçi kəndində olan evində 7500 manat pulu alıb.


Vaqif Fətullayev İlahə Mehdiyevan qeyd edilən təhsil müəssəsinə qəbul olunması görüntüsünü yaratmaq üçün əvvəlcədən əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq tamah niyyəti ilə cinayətkar qrupun üzvü olan Ramiz Məmmədov və qeyriləri tərəfindən hazırlanaraq bilə-bilə yalan məlumatlar daxil olunmuş rəsmi sənəd sayılan Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialı adından verilmiş, guya İlahə Mehdiyevanm həmin təhsil müəssəsinə 1200 manat pul ödənilməsi barədə 22.12.2011-ci il tarixli, 1200 manat pul ödənilməsi barədə 21.12.2012-ci il tarixli, 1200 manat pul ödənilməsi barədə 28.11.2014-cü il tarixli saxta kassa mədaxil orderlərini şəxsən özü Mətləb Mehdiyevə təqdim edib.


İstintaq orqanı tərəfindən Vaqif Fətullayevin barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzkuq törətmək), 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.


Tərtər rayon Məhkəməsinin hökmü ilə Vaqif Fətullayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, həmçinin 2 min manat cərimə olunub.


Hökmdən narazı qalan Vaqif Fətullayev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv olunmasını, işinə bəraət verici əsaslarla xitam verilməsini istəyib.


Cinayət işi üzrə zərərçəkmiş Mətləb Mehdiyev apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.


Hər iki tərəfin şikayəti Gəncə Apelysiya Məhkəməsində araşdırılıb. Apelyasiya şikayətlərinin təmin olunmaması barədə qərar verilib.


Qeyd edək ki, cinayət işində adı keçən Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının keçmiş rektoru Ramiz Məmmədovun cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.


Məhkəmənin qərarına əsasən, Ramiz Məmmədova Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə sınaq müddəti təyin olunub və məhkəmə zalından azadlığa buraxılıb.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsa Veysov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.