Şəfəqə Doğru » Manşet » Sumqayıtda iki silahlı polisə hücum etdi - Video

Sumqayıtda iki silahlı polisə hücum etdi - Video

Sumqayıtda iki silahlı polisə hücum etdi - Video

Sumqayıtda silahlı şəxs insanlara hücum edib.

Axar.az xəbər verir ki, "Cavid” ticarət mərkəzinin yaxınlığında baş verən olayla bağlı Kriminal.az saytı məlumat yayıb.

Bildirilib ki, əlində bıçaq tutmuş şəxs insanlara hucum edib. Onu zərərsizləşdirmək üçün əraziyə polislər gəlib. Həmin şəxs bıçaqla iki polisi ayağından yaralayıb.

Polislər onu zərərsizləşdiriblər.

Sumqayıt şəhər Polis İdarəsi Publika.az-a faktı təsdiqləyib. Qeyd olunub ki, dünən saat 18:00 radələrində iki sərxoş şəxs asayişi pozub, xuliqanlıq edib. Polis müdaxilə etmək istəyəndə isə həmin şəxslər polisin əmrinə tabe olmayıblar. Ona görə də mübahisə yaranıb.

Sumqayıt şəhər Pİ hadisə nəticəsində polisin yaralanmasını təkzib edib.

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasından isə dünən axşam saatlarında bir nəfər polis əməkdaşının bud nayihəsindən bıçaqla yaralanma ilə müraciət etdiyi bildirilib. Ona yardım göstərilib və evə buraxılıb.