Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Mişel hər görüşdə modelyerlərin onların geyimlərini analiz etdiklərini ancaq bir nüansa heç vaxt fikir vermədiklərini bildirib:
"Fotoqraflar bilərziklərimi, geyimlərimi çəkirdilər. Amma heç kim fikir vermədi ki, Barak 8 ildir ki, eyni smokinqi və eyni ayaqqabını geyinib. O, həmişə mərasimlərə hazırlaşmaq üçün cəmi 10 dəqiqə vaxt sərf edirdi”.


