Faytonçu ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari sosial şəbəkədə yeni şəklini paylaşıb.
Shafaqadogru.kom -un məlumatına görə, ifaçının çox arıqladığı diqqətdən qaçmayıb.
Müğənni bildirib ki, o uzun müddətdir xəstəliklə mübarizə aparır: "Hazırda İstanbuldayam. İlk əməliyyatım Bakıda oldu. Yaxşı olmadı. Daha sonra İstanbula gəldim. Burada əməliyyatla öd kisəmi götürdülər. Xeyli arıqlamağım əbəs yerə deyil. Kim mənim kimi 4 dəfə narkoz alsa, bu qədər arıqlayardı. İndi özümü yaxşı hiss edirəm”.
Qeyd edək ki, N.Pişyarı xeyli müddət idi ki, sosial şəbəkədə yeni şəkillərini paylaşmırdı.