Şəfəqə Doğru » Gündəm » Həkimlər TƏBİB-dən şikayətçidir: "Maaşımızdan 100 manat kəsiblər"

Həkimlər TƏBİB-dən şikayətçidir: "Maaşımızdan 100 manat kəsiblər"

Həkimlər TƏBİB-dən şikayətçidir: "Maaşımızdan 100 manat kəsiblər"
Bir qrup həkimə maaşlarının yarımçıq verilməsi onlarda narazılıq yaradıb.

Cənub bölgəsində müxtəlif xəstəxanalarda çalışan həkimlər Demokrat.az-a müraciət edərək, onların maaşlarından 100 manat kəsilməsindən şikayət edirlər. Həkimlər bildirirlər ki, həmin 100 manatı məhz TƏBİB həkimlərin maaşından kəsib. Belə ki, onlara verilən əməkhaqqı zamanı kəsilən pulun TƏBİB tərəfindən tutulduğu deyilib.

Demokrat.az məsələ ilə bağlı TƏBİB-lə əlaqə saxlayıb. Məsələ ilə bağlı qurumun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin əməkdaşı Elnarə Baxış saytımıza bildirib ki, maliyyə məsələsi onların məşğul olduğu işə aid deyil: 

"TƏBİB maaş vermir, TƏBİB xəstəxanalarda müalicə işi ilə məşğuldur. Maliyyə işi ilə bağlı isə aidiyyatı qurumlara müraciət edin".

Zaur
Demokrat.az