Şəfəqə Doğru » Gündəm » “Milliön” cibə girir, insanları bezdirir – kütləvi şikayət

“Milliön” cibə girir, insanları bezdirir – kütləvi şikayət

“Milliön” cibə girir, insanları bezdirir – kütləvi şikayət
"Milliön” aparatları etibarlılığını itirməkdədir. Reportyor.info-ya gələn şikayətlərə görə, şirkət keyfiyyətli xidmət göstərmir.
Müştərilər narazılıq edirlər ki, aparatlar tez-tez donur, monitorlar işləmir. Əsas problemlər ödəmə aparatlarının nasaz olması, donması, kommunal ödənişlər edərkən xüsusən qaz kartını qəbul etməməsi, pulun yüklənməsində yaranan problemlərdir.
Hətta "Milliön” aparatları kiminsə 1 manatını, kiminsə 2-3, hətta 5, 10 manatı da bəzən "yeyir”. Və ən pisi də budur ki, dəmir aparatın udduğu pulun hesabını kimsədən soruşa bilmirsən.