Şəfəqə Doğru » Gündəm » Taliban yeni höküməti elan edib

Taliban yeni höküməti elan edib

Taliban yeni höküməti elan edib
"Taliban” hərəkatı Əfqanıstanın yeni hökumətinin tərkibini elan edib .Shafaqadogru.com  xəbər verir ki, bu barədə "Əl-Cəzirə” televiziya kanalı məlumat yayıb.
Məlumatda yeni hökumətdə Baş nazir vəzifəsini Molla Məhəmməd Həsən Axundun icra edəcəyi, onun müavini postunu isə Molla Əbdül Qəni Bəradərin tutacağı bildirilir.

"Taliban”ın qurucusu Molla Ömərin oğlu Məhəmməd Yaqub Mücahid müdafiə naziri, Siracuddin Hakkani daxili işlər naziri, Molla Əmir Xan Muttaqi isə xarici işlər naziri təyin edilib.