Şəfəqə Doğru » Gündəm » Rusiyada təyyarə sərt eniş zamanı parçalanıb

Rusiyada təyyarə sərt eniş zamanı parçalanıb

Rusiyada təyyarə sərt eniş zamanı parçalanıb
Rusiyada göyərtəsində 16 nəfərin olduğu "L-410" sərnişin təyyarəsi sərt eniş edib.

Shafaqadogru.com  "TASS"a istinadən xəbər verir ki, hadisə İrkutsk əyalətində olub.

Kazaçinsk yaşayış məntəqəsində 14 sərnişinin və 2 heyət üzvünün olduğu təyyarənin sərt eniş etməsi nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilib. İlkin məlumata görə, təyyarə eniş zamanı parçalanıb. Bir neçə nəfər salondan çıxmağa müvəffəq olub.

Rusiyanın Fövqəladə Hallar Nazirliyi faktı təsdiqləyib. Nazirlikdən bildirilib ki, hadisənin təfərrüatları araşdırılır. Əraziyə xilasedicilər cəlb edilib.